Ağcabədidə Novruz bayramı ilə əlaqədar satış yarmarkasına 26 ton müxtəlif növ ərzaq məhsulları çıxarılıb

14:48 16 Mart 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 16 mart, AZƏRTAC
Ağcabədi rayonunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi stadionunda təşkil olunan yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub.
Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə təşkil edilən yarmarkada rayonun kəndlərindən və rayon mərkəzindən, o cümlədən “Atena” MMC süd məhsulları kombinatı, “BMS AQRO” MMC südlük keçi və qoyun təsərrüfatı müəssisəsi, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerlər tərəfindən 26 ton müxtəlif növ ərzaq məhsulları çıxarılıb. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-25 faiz ucuz satılıb.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_Novruz_bayrami_ile_elaqedar_satis_yarmarkasina_26_ton_muxtelif_nov_erzaq_mehsullari_chixarilib-839638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR