Sankt-Peterburqda Gürcüstan vətəndaşı Azərbaycan vətəndaşına xəsarət yetirib

15:02 16 Mart 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 15:00 ]


Bakı. Məlahət Nəcəfova - APA. Sankt-Peterburqda Gürcüstan vətəndaşı kafedə satıcı işləyən Azərbaycan vətəndaşına xəsarət yetirib.

 

APA-nın məlumatına görə, hadisə martın 15-də səhər saatlarında “Rif” kafesinin yanında baş verib.

 

27 yaşlı işsiz Gürcüstan vətəndaşı ilə kafedə işləyən 28 yaşlı azərbaycanlı arasında mübahisə olub. Mübahisə zamanı gürcü kafeyə atəş açaraq hadisə yerindən qaçıb.

 

Tibb məntəqəsindən azərbaycanlının qançır, boyun və sağ kürəyində sıyrıntı xəsarətlərinin olduğu deyilib. Xəsarət almış şəxsin göstərdiyi əlamətlərə görə gürcüstanlı polis tərəfindən öz evində tapılıb. Onun yaşadığı evin zirzəmisindən isə “İJ-58” markalı ov silahı aşkar edilib.

 

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR