Şok kadrlar: "Başını kəsmə, ayətulla icazə vermir!" - VİDEO +18

Şok kadrlar: "Başını kəsmə, ayətulla icazə vermir!" - VİDEO +18
15:12 16 Mart 2015
194 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularına qarşı amansız döyüşlər davam edir.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, Səlahəddin vilayətində İŞİD-in ələ keçirdiyi yaşayış məntəqələrinin azad edilməsi üçün döyüşən "Hadi əl Əməri", "Nəqabə", "Ənsar Allah", "Hizbullah", "Əba əl Fədl əl Abbas" dəstələri birləşiblər.
 
Onların birgə hücumlarından biri zamanı İŞİD-dən azad olunan Mirkə qəsəbəsində "Nəqabə" dəstəsinin döyüşçülərindən biri yaralı İŞİD mənsubunun başını kəsmək istəyib.
 
Atası, anası, iki qardaşı və 3 övladı İŞİD terrorçularının vəhşi işgəncələrindən sonra öldürülən bu şəxsin intiqam almasına yoldaşları mane olurlar.
"Ona toxunma! Başını kəsmə! Ayətulla Sistani icazə vermir! Biz İŞİD deyilik!" - əsgərlər deyirlər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR