Bakı, 16 mart, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin siyasətçiləri və sahibkarları "İnteqrasiya - yeni imkanlar və böhrandan çıxmaq yolları" mövzusunda Beynəlxalq iqtisadi forumunda inteqrasiya məsələlərini və böhrandan çıxmaq istiqamətində birgə səyləri müzakirə ediblər.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, MDB-nin VII İqtisadi Forumuna rekord sayda iştirakçı qatılıb. 800-dən çox siyasətçi, biznesmen və iqtisadçı böhrandan çıxmağın vahid yolunu işləyib hazırlamaq üçün Moskvaya gəlib.
MDB İqtisadi Şurasının sədri, Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Bakıtjan Saqintayev deyib: "Bu il forumun iştirakçıları keçən ildəkindən çoxdur. Bu onu göstərir ki, inteqrasiyamıza, bazarımıza böyük maraq var",
Forumda MDB ölkələrinin ödəmə-servis sisteminin yaradılması məsələsi də müzakirə edilib.