ABŞ-a yeni ildə ilk zərbə vuruldu (VİDEO)

ABŞ-a yeni ildə ilk zərbə vuruldu (VİDEO)
23:36 6 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da əvvəlcə qaradərililərin, sonra isə polislərin öldürülməsinin ardından yaranan etiraz dalğası səngiməmiş, növbəti insident baş verib. Ötən həftə iki polisin iş başında olarkən öldürüldüyü Nyu-Yorkda daha iki polis əməkdaşına atəş açılıb.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, ölkədə polislərlə vətəndaşlar arasında ötən ilin sonunda başlayan ziddiyət görünür, bu il də davam edəcək. Belə ki, polisin qaradərililəri öldürməsinin acığını çıxmaq məqsədilə dekabrın sonunda öldürülən iki polis elə bu günlərdə yenicə dəfn edilmişdi ki, daha iki polis güllələnib. Hadisə gecə saatlarında Nyu-Yorkun Bronkse ərazisində baş verib. Verilən məlumata görə, polis idarəsinə soyğunçuluqla bağlı məlumat daxil olub. Hadisə yerinə patrul xidməti göndərilib. Naməlum silahlı əraziyə gələn polis əməkdaşlarına atəş açaraq iki nəfəri güllələyib. Onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polislərdən biri əlindən, digəri isə kürəyindən yaralanıb. Polisləri güllələyən dərhal hadisə yerindən avtomobilə minərək qaçıb. Hazırda polis şübhəli şəxsin axtarışını aparır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir. Bu polislərin də məhz qaradərililərin acığını çıxmaq məqsədilə güllələnib-güllələnmədiyi isə hələ tam dəqiq deyil. Bu məqsədlə Nyu-Yorkda iki həftə əvvəl də polis vəzifəsini yerinə yetirərkən güllələnmişdi. Ümilikdə isə dekabrın 20-dən bəri ABŞ-da üç polis əməkdaşı öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR