Lvovda azərbaycanlıların yeni təşkilatı yaradılıb

Lvovda azərbaycanlıların yeni təşkilatı yaradılıb
15:34 16 Mart 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın qərb regionunun mərkəzi olan Lvov şəhərində ölkədə yaşayan azərbaycanlıların yeni diaspor mərkəzi yaradılıb.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, konqresin vilayət üzrə bölməsinin yaradılması məqsədilə ölkədəki əksər regiondan olan konqres sədrlərinin iştirakı ilə Lvovda toplantı keçirilib.

 

Ölkənin Dnepropetrovsk, Nikolayev, Xarkov, Jitomir, Zakarpatye, Hmelnitsk, Kirovoqrad kimi iri regionları ilə yanaşı, digər bölgədən olan azərbaycanlılar konqreslərinin sədrlərinin birgə təqdimat toplantısında Lvov şəhərinin meri Andrey Sadovoy, vilayət administrasiyasının rəsmiləri də iştirak edib.

 

Tədbirdə şıxış edən BUAK sədri Rövşən Tağıyev bildirib ki, Ukraynada gedən proseslərə baxmayaraq, ölkədə tolerantlıq qorunur və ölkənin bütün regionlarında azərbaycanlılar öz hüquqlarından yüksək səviyyədə istifadə edə bilirlər. Ukraynada çoxsaylı azərbaycanlıların yaşadığını xatırladan R. Tağıyev ölkənin iri regionu olan Lvovda azərbaycanlıların hüquqi mərkəzinin, ölkədə ən böyük diaspor təşkilatı olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin mərkəzinin yaradılmasını vacib amil kimi qeyd edib: “Ukraynada bütün millətlər mehriban şəraitdə yaşayır, öz hüquqi problemlərini birgə həll edirlər. LvovunAvropa İttifaqı ilə sərhəddə yerləşməsini nəzərə alsaq, azərbaycanlıların burada hüquqi cəhətdən mərkəzləşməsi bu istiqamətdə mühüm rol oynayacaq”.

 

Lvov şəhərinin meri A. Sadovoy isə deyib ki, şəhər çoxmillətli şəhərdir və azərbaycanlıların burada aktivləşməsi yerli hökumət tərəfindən təqdir olunur.

 

Daha sonra keçirilən səsvermədə Teymur Məmmədov konqresin Lvov vilayəti üzrə sədri seçilib. Təşkilat Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR