Vladimir Putin: "Dedi-qodusuz darıxdırıcı olur"

Vladimir Putin: "Dedi-qodusuz darıxdırıcı olur"
15:37 16 Mart 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qırığızıstan prezidenti Almazbek Atambeyevlə Sankt-Peterburqda görüşüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, görüş zamanı ticarət-sərmayə və humanitar- mədəniyyət , energetika və başqa sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Məlumata görə, danışıqlar zamanı Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvülüyü ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə V.Putinin sağlıq durmundan da danışılıb. Rusiya prezidenti deyib: "Dedi-qodusuz darıxdırıcı olur".
Qırğızıstan prezident isə görüşdən sonra bildirib ki, V.Putin özünü çox yaxşı hiss edir: "O avtomobil sürərək, məni ərazidə gəzdirdi". 

Xəbərin orijinal ünvanı: http://report.az/region/vladimir-putin-dedi-qodusuz-darixdirici-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR