Hamiləlik fotoları söz-söhbətə səbəb oldu

Hamiləlik fotoları söz-söhbətə səbəb oldu
15:51 16 Mart 2015
75 Şou
Ölkə mətbuatı
A- A+

Ana olmağa hazırlaşan aktrisa Gizəm Soysaldının sosial şəbəkədə paylaşdığı hamiləlik fotoları söz-söhbətə səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istifadəçilər aktrisanı açıq-saçıqlığa yol verməkdə günahlandıraraq bu cür şəkillərin paylaşılmasını tərbiyəsizlik adlandırıblar:

“Həyat yoldaşı bu lüt şəkillərin paylaşılmasına niyə etiraz etmir? Çox tərbiyəsiz, ayıb fotolardır”.

İzləyicilərin şərhlərindən əsəbləşən Gizəm yazılanlara belə cavab verib:

“Əvvəla, o şəkilləri ərim çəkib. İstədiyim kimi poz verərəm. Öz bədənimdir, özüm bilərəm. Hamilə qadının qarnının estetik olmaması ilə bağlı düşüncənin bir xanıma aid olması isə gülüncdür”.

Qeyd edək ki, Gizəm Soysaldı 2007-2008-ci illərdə aktyor Halit Ərgənçlə ailəli olub. O, aktyordan ayrıldıqdan sonra 2012-ci ildə Hüseyn Qarabəylə nikah masasına əyləşib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=27920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR