Miqrant pulla "çimdi", sonra isə... (VİDEO)

Miqrant pulla "çimdi", sonra isə... (VİDEO)
23:56 6 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada mühafizəçi işləyən rumıniyalı miqrant Petro Kraete öz həmyerlilərinə göndərdiyi videomüraciət ölkəni qarışdırıb.

ANS PRESS-in məlumatına görə, videomüraciətində Kraete sözün əsl mənasında pulda çimir.

“Bu həqiqətdi ki, məndə çoxlu pul var. Bilmirəm onları hara xərcləyim, hara yerləşdirim? Əziz həmyerlilərim indi siz Rumıniyada çatlayın”, -deyə Kraete pulları üstünə səpərək deyir.

Miqrantın sözlərinə görə, bu onun 4 saat iş üçün gəliridir.

O, iddia edir ki, Britaniyanın məşhur insanlarının mühafizəçisi işləyir və onlar onun üçün maaş verərkən xəsislik etmirlər. Video sosial şəbəkədə yayıldıqdan sonra istifadəçilər tərəfindən tənqid atəşinə tuş gəlib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR