Bakıda 90 minlik cinayət

Bakıda 90 minlik cinayət
16:11 16 Mart 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

“Golden Travel” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı “Delta Group” MMC-nin subagent qismində əməkdaşlıq etdiyi və müqavilə əsasında aviadaşıma biletlərinin satışı hüququ verdiyi “Golden Travel” MMC-nin direktoru Fariz Əhmədovun qanunsuz əməlləri ifş olunub.

O, 2012-2014-cü illərdə aviadaşıma biletlərinin satışından əldə etdiyi etibar edilmiş özgə əmlakının 91 min manatını mənimsəyib. Bu barədə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=332154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR