“Qan donorluğunun inkişafına dəstək” mövzusunda tədbir keçirilib

“Qan donorluğunun inkişafına dəstək” mövzusunda tədbir keçirilib
16:33 16 Mart 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 16 mart, AZƏRTAC
Gəncədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə “Qan donorluğunun inkişafına dəstək” adlı seminar-müşavirə keçirilib. Seminar-müşavirədə yüzdən artıq universitet tələbəsi, qeyri-hökumət təşkilatlarının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin proqram rəhbəri Mətanət Qaraxanova AZƏRTAC-a deyib ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd gənclərin bu sahəyə marağını artırmaq, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım edilməsində onların fəallığını artırmaqdır.
Seminar-müşavirənin sonunda donorluqla bağlı videoçarx nümayiş etdirilib, iştirakçılara maarifləndirici bukletlər paylanıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qan_donorlugunun_inkisafina_destek_movzusunda_tedbir_kechirilib-839672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR