Rənginə görə dünyanaı iki yerə bölən don satıldı. ANS PRESS-in məlumatına görə, bəzilərinin ağ-qızılı, bəzilərinin isə qara-göy kimi görünən geyim hərraca çıxarılıb.
Donun sahibi çexiyalı bir iş adamı olub. O, hamıdan çox pul təklif edərək qalmaqallı paltarın yeni sahibi olub.
Geyimin əsl rəngi ağ-qızıl olan versiyası 1356 funt sterlinqə (2098 manat) satılıb.
Gerçəyi mavi-qara olan geyimin istehsalçısı "Rolan Originals" adlı şirkət eyni geyimi ağ-qızılı rəngdə də istehsal edib.
Yeni don xeyriyyə cəmiyətinə yardım məqsədilə satışa çıxarılıb.
Şirkət donun satıldığı vəsait qədər xeyriyyə fonduna yardım edəcəyini də açıqlayıb. Bununlada dünyanı bölən don 2712 funt sterliq (4196 manat) gəlir gətirib. Mənbə
ANS PRESS