Bakıda hotelə gedən üç bacının başına oyun açdılar

Bakıda hotelə gedən üç bacının başına oyun açdılar
16:52 16 Mart 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Onlar hotelə əylənməyə gediblər
Bakıda hotelə gedən 3 bacının pulu oğurlanıb.

Report-un məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən "Çahargah" hotelində baş verib.

Belə ki, Abbasova Fatimə Müzəffər qızı, onun bacıları Kifayət Həsənova Səidə həmin hotelə tanışları ilə birlikdə əylənməyə gediblər. Əyləncə məclisi başa çatandan sonra isə bacılar hotelə gəldikləri "Fiat" markalı avtomobilə əyləşən zaman avtomobilin şüşələrinin sındırıldığını görüblər. Məlum olub ki, K.Abbasova və F.Abbasovanın avtomobildəki çantalarından ümumilikdə 200 manata yaxın pul oğurlanıb.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/329924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR