İstanbulu bu qadın partlatdı (VİDEO)

İstanbulu bu qadın partlatdı (VİDEO)
00:26 7 Yanvar 2015
271 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda birinci terror aktını törədən qadının görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, həmin qadın müşahidə kameralarına düşüb.

Qeyd edək ki, terrorçu İstanbulda "Sultanahmet" polis şöbəsi önündəki polis köşkündə özünü partladıb. Partlayışdan biri ağır olmaqla 2 polis əməkdaşı yaralanıb. Daha sonra polislərdən biri ölüb.

Bundan bir neçə saat sonra İstanbulda yenidən terror həyəcanı yaşanıb. Belə ki, birinci partlayışın baş verdiyi yerin yaxınlığında paket aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, paketin içində partlayıcı olub. Polis təhlükəsizliyi təmin etmək üçün tədbirlər görüb.

Rəsmilər vətəndaşları ehtiyatlı olmağa çağırdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR