“Oksfam”ın Azərbaycan nümayəndəliyinin əməkdaşları Serbiyada səfərdə olublar

17:13 16 Mart 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC 
Böyük Britaniyanın “Oksfam” Beynəlxalq təşkilatı Azərbaycan nümayəndəliyinin əməkdaşları Serbiyada “İqtisadi ədalətlilik” interaktiv tədbirində iştirak ediblər.
“Oksfam”ın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd aqrar inkişaf, kooperativlərin yaradılması və fermerlərin həyat şəraitinin yaxşılaşdırılmasında Serbiya təcrübəsini öyrənmək olub.
Səfər çərçivəsində iştirakçılar Voyvodina Muxtar Vilayətində yerləşən “Gospodjinci”, “Agrogrnja”, “Slankamenka”, “Vocar” kooperativlərini, İndija bələdiyyəsini ziyarət ediblər.
“Oksfam”ın əməkdaşları Serbiya ilə yanaşı Gürcüstan, Bosniya və Hersoqovina, Nepal, Tacikistan və Yaxın Şərqdən olan mütəxəsisslərlə görüşlər keçirib, bu ölkələrin də təcrübəsi ilə tanış olublar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oksfamin_Azerbaycan_numayendeliyinin_emekdaslari_Serbiyada_seferde_olublar-839690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR