“Unibank” daha bir intellekt yarışına dəstək verir

“Unibank” daha bir intellekt yarışına dəstək verir
17:22 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 17:16 ]


Bakı. APA-Economics. Öz fəaliyyətində təhsil layihələrinə, intellektual verilişlərə hər zaman xüsusi diqqət ayıran “Unibank” daha bir intellekt yarışına dəstək verir.

 

APA-Economics”in məlumatına görə, 30 dəfədən artıq nüfuzlu televiziya mükafatı “Emmi” laureatına layiq görülən, “Jeopardy” verilişinin lokal versiyası olan “61!” intellektual oyunu “Unibank”ın dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasında yayımlanmağa başlayıb.

 

Qaliblərə təqdim olunacaq  pul mükafatlarının maliyyələşdirilməsini öz üzərinə götürən “Unibank”, iştirakçılara yarışma ərzində həm maddi,  həm də mənəvi kömək olacaq.

 

Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan “Unibank” dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR