x
Loading...
.

ABŞ səfirliyində viza ilə bağlı problem

17:23 16 Mart 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 16 mart /Trend/

“ABŞ səfirlikləri və konsulluqları hazırda elektron sistemdə texniki çətinliklər yaşayır. Bu səbəbdən ABŞ pasport və viza işləmələrində, habelə elektron yazışmalarda ləngimələr ola bilər”. Trend-in məlumatına görə, bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin “facebook” səhifəsində verilib.

Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşlarının elektron sorğularına cavablandırmada da gecikmələr ola bilər. Növbədənkənar yardım üçün ABŞ vətəndaşları öz səfirlik və konsulluqları ilə telefon əlaqəsi saxlamalıdırlar.

Bundan əlavə, müsahibəsi bu həftəyə təyin edilmiş tələbə və ya müdabilə proqramları vizası üçün müraciət edən ərizəçilər özləri ilə SEVİS ödəməsi haqqında arayış gətirməlidilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2374638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR