Lisey və gimnaziyaların birinci sinfinə elektron qəbul başlayıb

17:28 16 Mart 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Martın 15-dən başlayaraq valideynlər (və ya qanuni nümayəndə) Bakı şəhərindəki ümumtəhsil məktəbləri ilə yanaşı elektron sistem vasitəsilə qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da müraciət edə bilirlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri üzrə birinci sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək keçiriləcək.
Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.
Ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.
Qeyd edək ki, Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların birinci siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lisey_ve_gimnaziyalarin_birinci_sinfine_elektron_qebul_baslayib-839694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR