Başı kəsilənlə bağlı yeni xəbər

Başı kəsilənlə bağlı yeni xəbər
01:06 7 Yanvar 2015
214 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Sahil" metrosunun yaxınlığında baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Səbail Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, başı kəsilən Həsən Namiq oğlu Həsənov hadisə baş verərkən tək olmayıb. Belə ki, onun yanında dostu Orxan Təbriz oğlu Məmmədzadə də olub.

Mübahisə zamanı ona da bıçaq zərbələri endirilib. 22 yaşlı Orxan Məmmədzadə Kliniki Tibbi Mərkəzdədir. Onun komada olduğu bildirilir.

Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosunun yaxınlığında iki gənc arasında mübahisə düşmüşdü. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb. Başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində axtarışlar davam edir.

Yeni məlumat veriləcək...

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR