Masallıda iməcilikdə 3500-dən çox ağac əkilib

Masallıda iməcilikdə 3500-dən çox ağac əkilib
17:43 16 Mart 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Masallı, 16 mart, AZƏRTAC
IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində Masallıda növbəti iməcilik keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyaya yaşayış məntəqələrinin sakinləri də qoşulub.
İməcilik zamanı Masallı-Yardımlı magistral yolunun Ərkivan kəndinin ərazisindən Qəriblər kəndinədək olan ərazidə 3500-dən çox ağac əkilib.
Qeyd edək ki, Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində ötən ilin payız mövsümündə Masallıda 10 minə yaxın ağac əkilib. Bu ilin yaz və payız mövsümlərində də rayonda daha 10 min ağacın əkilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_imecilikde_3500_den_chox_agac_ekilib-839705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR