Bakının Yasamal rayonunda kişimeyiti tapılıb.
Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə barədə gecə saat 02:20 radələrində məlumat verilib.
Verilən məlumata görə, Xreptovı küçəsi, 11-ci döncədə kişi meyiti tapılıb. Məlumat verilən kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Əraziyə baxış keçirilərkən oradan yaşı təxminən 55 olan kişi meyiti tapılıb. Meyitin üərində zorakılıq əlamətləri olmayıb.
Hələlik ölən şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Mənbə
ANS PRESS