Salyanda quldur dəstəsi yaxalandı

Salyanda quldur dəstəsi yaxalandı
01:14 7 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Keçən ilin dekabrında Salyan rayonunda quldurluq etmiş dəstə üzvləri tutulub.

 

Salyan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, 2014-cü il dekabr ayının 18-də Salyan rayonunun Xıdırlı kəndində rayon sakinləri  1981-ci il təvəllüdlü Xəyal Bədəlov, 1986-cı il təvəllüdlü Rüfət Əzizov və Elvin Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyib Elnurdan 30 manat və üzərində olan qızıl əşyalarını, Tofiqdən isə 700 manat alıblar.  Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Bədəlov, R.Əzizov və E.Rüstəmov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR