Rubl ipoteka böhranı yaratdı

Rubl ipoteka böhranı yaratdı
01:21 7 Yanvar 2015
173 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada rublun uçuruma doğru yuvarlanması ölkədə ipoteka proqramından istifadə edən minlərlə mənzil sahibini az qala çıxılmaz vəziyyətdə qoyub.

ANS PRESS-in məlumatına görə, 2008-2009-cu illərdə maliyyə böhranından əvvəl ipoteka götürmüş gənc ailələr banklara axışaraq, yeni müqavilə şərtləri razılaşdırmağa çalışır. Rublun son aylar yarıdan çox dəyərini itirməsi fonunda, həmin ailələr işləsələr belə, ipoteka borcu üzrə aylıq annuitetləri ödəyə bilmir.

Yaranmış vəziyyətdən ən çox əziyyət çəkənlər, ipotekanı qlobal maliyyə böhranından əvvəl xarici valyuta ilə götürənlərdir. Yelena Qoqoberidze sahib olduğu mənzilin ipoteka borcunu aylıq olaraq dollarla ödəyir. Dediyinə görə ailəsi ilə birgə 2009-cu ildə maliyyə böhranını bir təhər adlaya bilib, ancaq indiki rubl böhranın öhdəsindən gəlmək onlar üçün müşkül məsələyə çevrilib:

"Dekabrda dolların kursundakı qəfil dəyişiklik, ipoteka borcunu tam ödəcəyimizə bir ümid yeri qoymadı. İpoteka aldığımız 2008-ci illə müqayisə etsək, o vaxt dollar 24 rubla dəyişdirilirdi, hazırda dolların kursu 60 rubldur, hətta pik həddə 80 rubla da yaxınlaşmışdı, indi təsəvvür edin bu illər ərzində bizim ödənişlər nə qədər yüksəlib”

O bankdan ipoteka borcunu dollardan rubla çevirməyi xahiş etsə də, bank onun ərizəsini rədd edib. Bank belə bir sxemin olmadığını əsas gətirsə də, bəziləri digər banklarla valyuta dəyişikliyi ilə bağlı orta məxrəcə gələ bilib. Rusiya bank analitiklərinə görə, bankların ən çox xarici valyuta, yəni avro və dollarla verdiyi ipoteka kreditləri 3.5% faizlə rəsmiləşdirilir. Sosial şəbəkədə təsis olunmuş “Bütov Rusiya İpoteka ödəyiciləri Birliyi” qrupunun məlumatına görə, hazırda rusiyada xarici valyutayla götürülmüş ipotekaya götürülmüş mənzillərdə yaşayanların sayı 250 mindən çoxdur. Mülki satmaq onların üçün heç də çıxış yolu deyil. Evlər Rusiya ərazisində olduğundan bir mənalı olaraq alqı-satqıda rublla rəsmiləşdiriləcək, ipoteka borcu isə olduğu kimi dollarla qalacaq. Moskvanın daşınmaz əmlak agenti Yuri Yufryakova görə vəziyyətdən əsas çıxış yolundan biri, banklarla ipoteka borcunun təkrar struktrurlaşdırılmasına dair danışıqlar aparmaqdır. Qeyd edək ki, dünən rusiya valyuta bazarlarında bir dollar 63 dollar dəyişdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR