Azərbaycanda ötən il cəmi bir yeniyetmə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilib

17:57 16 Mart 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 17:51 ]


Bakı. Ramiz Mikayıloğlu-APA. Keçən il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar  18 yaşadək 1 nəfər və 1 nəfər ali məktəb tələbəsi cinayət məsuliyyətinə cəlb olunub.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, il ərzində cinayət məsuliyyətinə cəlb edilən  2579 nəfərdən 578 nəfəri 30 yaşadək, 1926 nəfəri 30 yaşdan yuxarı, 24 nəfəri fəhlə, 8 nəfəri qulluqçu, 1 nəfəri nəqliyyat işçisi, 77 nəfəri isə qadındır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR