Elmi şuranın iclasında bir sıra məsələlərlə bağlı geniş müzakirələr aparılıb

17:58 16 Mart 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun laboratoriya korpusunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının biologiya problemləri üzrə elmi şurasının botanika və zoologiya seksiyalarının geniş tərkibdə iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə elmi şura sədrinin müavini, akademik İradə Hüseynova şuraya daxil olan dissertantların elmi-tədqiqat işlərinin mövzuları, elmi rəhbərləri və məsləhətçiləri barədə məlumat verib. Qeyd edilib ki, dissertasiya mövzularının seksiyalarda alimlər tərəfindən hərtərəfli müzakirəsi vacib məsələdir. Bu istiqamətdə müzakirələrin aparılması biologiya problemləri üzrə elmi şurada prioritet sahələrin qiymətləndirilməsinə, tədqiqat işlərinin düzgün yönləndirilməsinə, təkrarçılığın aradan qaldırılmasına və mövzuların daha tez təsdiqlənməsinə imkan verir.
Tədbirdə 2014-cü ildə uyğun seksiyalar üzrə yeni qəbul olunmuş dissertantların mövzularının müzakirəsi aparılıb. Seksiya üzvləri müzakirələrdə fəal iştirak edərək fikir və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı bir çox dissertasiyaların adları müəyyən redaktələr olunmaqla təsdiqlənib, bəzi mövzular isə lazımi dəyişikliklərin edilməsi məqsədilə institutların elmi şuralarına göndərilib.
İclasda biologiya elmləri üzrə problem şurasının botanika və zoologiya seksiyalarının rəhbərlərinə və üzvlərinə elmi-tədqiqat işlərinin mövzularının verilməsi və müzakirəsinə daha ciddi yanaşılması tövsiyə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmi_suranin_iclasinda_bir_sira_meselelerle_bagli_genis_muzakireler_aparilib-839716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR