BMT-nin Baş katibi 2011-ci ildə dağıdıcı zəlzələdən zərər çəkmiş Senday şəhərinin rayonlarında olub

BMT-nin Baş katibi 2011-ci ildə dağıdıcı zəlzələdən zərər çəkmiş Senday şəhərinin rayonlarında olub
17:58 16 Mart 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC 
Təbii fəlakətlərin təhlükəsini azaltmağa dair gələcək strategiyalar keçmişin dərslərinə söykənməlidir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu fikri BMT-nin Baş katibi Pan Gi Mun 2011-ci ildə dağıdıcı zəlzələdən zərər çəkmiş Yaponiyanın Senday şəhərinin rayonlarında olarkən səsləndirib.
O deyib ki, dörd il əvvəl şəhər sakinlərinin təbii fəlakətin nəticələrinin öhdəsindən necə gəlməsi onu sarsıdıb. Salamat qalan strukturların möhkəmləndirilməsində və müvəqqəti yaşayış yerlərinin inşasında binaların qalıqlarından və əl altındakı materiallardan istifadə edilməsi onu təsirləndirib. Baş katib deyib: “Zəlzələdən sonra bərpa edilmiş Senday örnək ola bilər. O xatırladır ki, təbii fəlakətin nəticələri sabit inkişafın rifahına yönəldilə bilər. Hesab edirəm ki, 2015-ci il səmərəli il olmalıdır. Məhz bu ildə üzv ölkələr qarşısında iki irimiqyaslı vəzifə dayanıb: əvvələn, dünya birliyi Minilliyin İnkişafı məqsədlərini əvəzləyəcək Sabit inkişaf strategiyasını razılaşdırmalı, ikincisi, dövlət və hökumət başçıları dekabr ayında iqlim dəyişmələrinə qarşı mübarizəyə dair hərtərəfli saziş imzalamalıdırlar”.
Xatırladaq ki, martın 14-də Sendayda təbii fəlakətlərin təhlükəsinin azaldılmasına dair II dünya konfransı başlayıb. Konfransda dövlət strukturlarının və vətəndaş cəmiyyətinin təqribən dörd min nümayəndəsi iştirak edir. Forum iştirakçıları fəlakət risklərinin səmərəli idarə olunmasına yönəldilən sənəd imzalamağı nəzərdə tuturlar. Bu, təbii fəlakətlər nəticəsində ölüm hallarını və iqtisadi ziyanı azaltmağa imkan verəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_Bas_katibi_2011_ci_ilde_dagidici_zelzeleden_zerer_chekmis_Senday_seherinin_rayonlarinda_olub-839718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR