​Müsavat Məclisinə və MNTK-ya boş qalan yerlərə seçkilər keçiriləcək

​Müsavat Məclisinə və MNTK-ya boş qalan yerlərə seçkilər keçiriləcək
18:02 16 Mart 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 mart. REPORTAZ/ Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Partiyadan “Report”a verilən məlumata görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
Müsavat Partiyası Məclisinin növbəti sessiyasının 4 aprel 2015-ci il tarixdə saat 10.00-da keçirilməsi barədə qərar qəbul edilib.
Məclis və MNTK üzvlüyünə boş qalan yerlərə seçkilərin keçirilməsi məqsədəuyğun hesab edilib. Namizədlərin qeydə alınmasının 17 mart saat 12.00-dan başlayaraq 3 aprel saat 15.00-dək davam etməsi razılaşdırılıb.
Divanda kütləvi aksiyalarla bağlı məsələ müzakirə edilib. Əvvəlcədən də bəyan edildiyi kimi aprel ayının ortalarından başlayaraq kütləvi aksiyaların keçirilməsi məqsədəuyğun sayılıb. Kütləvi aksiyaların dəqiq vaxtının, formalarının və şüarlarının müəyyənləşdirilməsi üçün partiya strukturlarında qısamüddətli məsləhətləşmələrin aparılması partiya rəhbərliyinə həvalə edilib.
Yığıncaqda Mitinq Komitəsinin yaradılması barədə qərar qəbul edilib. Müsavat Partiyası başqanının müavini Elman Fəttah Mitinq Komitəsinin sədri təyin edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/mntk-ya-bos-qalan-yerlere-seckiler-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR