"Avropa oyunlarına qarşı kampaniyanın arxasında erməni lobbisi durur"

"Avropa oyunlarına qarşı kampaniyanın arxasında erməni lobbisi durur"
18:27 16 Mart 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

"Təəssüflər olsun ki, bəzi korrupsioner beynəlxalq təşkilatlar işə salınıb və Azərbaycan onların qarşısına hədəf kimi qoyulub. Bu cür şeyləri biz "Eurovision" öncəsi də görmüşdük".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına açıqlamasında milli məclisin üzvü Fuad Muradov Avropa oyunların qarşı aparılan qara piar kampaniyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür kampaniyalar Azərbaycana qarşı yönəlib. Onların əsas məqsədi ölkəmizin zəiflədilməsi, beynəlxalq qrupların əmrlərinə ram edilməsidir.

"Təbii ki, biz hər şeyi anlayırıq. Hamıya məlumdur ki, bu cür kampaniyaların arxasında nə dayanır. Bu, erməni lobbisi və korrupsiyaya bulaşmış beynəlxalq təşkilatlardır. Azərbaycan rəhbərliyi də, cəmiyyət də bunu başa düşür. Buna qarşı duracağıq", - deyə o əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/329981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR