Mingəçevirdə sürücü aşırdığı avtomobilin altında qalaraq ölüb

18:52 16 Mart 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 18:49 ]


Mingəçevir Elvin Yaqubov - APA. Mingəçevir şəhərində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir Dövlət Dram Teatrının qarşısındakı böyük dairəvi yol ötürücüsündə baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Abbasov Allahverdi Cəlil oğlu idarə etdiyi 20-CJ-852 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını ilə hərəkətdə olarkən dairəvi yol ötürücüsünə daxil olub və sola dönərkən idarəetməni itirib. Maşın dairənin səki daşına çırpılaraq aşıb. Sürücünün başı aşan maşının pəncərəsindən çıxaraq yerə dəyib və nəticədə aldığı ağır xəsarət səbəbindən Allahverdi Abbasov hadisə yerində dünyasını dəyişib. Məlumata görə, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi onun ölümünə səbəb olub.

 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR