4 QB əməli yaddaşla təchiz edilmiş ilk smartfon nümayiş olunub

4 QB əməli yaddaşla təchiz edilmiş ilk smartfon nümayiş olunub
02:59 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Asus" şirkəti "CES 2015" beynəlxalq elektronika sərgisində 2,3 QHs takt tezlikli "Intel Atom Z3580" prosessoru və 4 QB əməli yaddaşla təchiz edilmiş qabaqcıl "Asus ZenFone 2" smartfonunu nümayiş etdirib. Qurğu "Android 5.0 Lollipop" platforması ilə işləyir.
 
"ZenFone 2" smartfonu "Full HD" (403 ppi) təsvir ölçülü 5.5 düymlük "TruVivid" sensor ekranı və "Gorilla Glass 3" qoruyucu şüşəsi ilə təchiz edilib. İddialara görə, ekranın rəngötürücülüyü və baxış bucağı rəqiblərlə müqayisədə daha yaxşıdır.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "Zenfone 2" smartfonunda ikiqat işıq diodu işıqlandırıcısı və zəif işıqlandırma şəraitində fotoşəkillərin keyfiyyətini yüksəldən "PixelMaster" texnologiyasına malik 13 meqapiksellik kamera istifadə olunur. İstehsalçının məlumatına əsasən, sözügedən aparatın kamerası "iPhone 6 Plus", "Samsung Galaxy Note 4" və başqa qabaqcıl smartfonlarla müqayisədə daha yaxşı çəkir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
 
Aparat eyni anda iki SİM kart dəstəkləyir. Məlumatların saxlanılması üçün yaddaşın həcmi 16-64 QB arasında dəyişir, bundan başqa, 64 QB-dək tutumda "microSD" kartları dəstəklənir. Qurğu 3000 milliamper/saat tutumunda akkumulyator batareyası və "LTE Cat 4" modulu ilə təchiz edilib.
 
Qara, boz, ağ, qırmızı və qızılı korpuslarda əlçatan olacaq qurğunun satışlarına bu ilin martında start veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR