Çempionumuz prezidentin qarşısında oynadı (VİDEO)

Çempionumuz prezidentin qarşısında oynadı (VİDEO)
19:16 16 Mart 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

Qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda keçirilib.

ANS PRESS-in məlumatına görə, Çeçenistan lideri Ramzan Kadırov tərəfindən yarışa azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov fəxri qonaq qismində dəvət olunub.

Çeçenistana fəxri qonaq kimi həmçinin məşhur döyüşçülər Fabritsio Verdum, Con Cons, Badr Hari də dəvət olunublar.

Çeçenistan lideri turnirdən sonra döyüşçüləri iqamətgahında qonaq edib. Kadırovun iqamətgahda qonaqlar rəqs məharətini nümayiş etdirib.

Turnirin keçirilməsinə maddi dəstəyi Çeçenistanın mərhum prezidenti, Rusiyanın milli qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai fond göstərib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=10&nid=332208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR