Azərbaycan Moskvada keçiriləcək beynəlxalq turizm sərgisində tərəfdaş qismində iştirak edəcək

19:32 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 19:26 ]


Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi martın 17-də Moskvada keçiriləcək “2nd Condé Nast Traveller Luxury Travel Fair” turizm sərgisində tərəfdaş qismində iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edəcək.

 

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm Assosiasiyası, “Gilan tourism”, “İmprotex travel”, “Khazar travel” turizm şirkətləri, “Absheron hotel Group”, "Caspian Sea Resort hotel”, "Chinar Hotel and Spa Naftalan", "Divan Express Baku", "Excelsior Hotel and Spa Baku” və s. mehmanxanaları daxildir.

 

Sərgidə iştirakla bağlı ümumilikdə Azərbaycan üçün 304 kv.m sahə ayrılıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları hazırlanıb.

 

Azərbaycanın tərəfdaş ölkə qismində iştirak etməsi ilə əlaqədar tədbirin dəvətnamələrində, rəsmi elektron poçt yazışmalarında, döş nişanlarında və reklam lövhələrində Azərbaycan turizminin loqosunun, 6 ay ərzində tədbirin www.cntfair.com rəsmi internet səhifəsində Azərbaycanın turizm potensialına dair banerin yerləşdirilməsi, həmçinin, ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi təşkil olunub.

 

Qeyd edək ki, “Condé Nast Traveller Luxury Travel Fair” sərgisi dünyanın aparıcı nəşriyyat evi Condé Nast tərəfindən təşkil olunan ilk qlobal lüks ticari səyahət sərgisidir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR