Dağıstanda silahlı şəxslər polis maşınına atəş açıblar, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

03:17 7 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 02:57 ]

Bakı-APA. Dağıstanın Xasavyurt rayonunda naməlum silahlı şəxslər polis maşınını atəşə tutubla

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 2 polis əməkdaşı həlak olub, daha iki nəfər isə yaralanıb.   

 

İnsident ötən gün yerli vaxt ilə saat 21 radələrində Xasavyurt-Oktyabrskoye avtomobil yolunda baş verib. “Lada Kalina” markalı avtomobildə olan silahlı şəxslər polislərin olduğu “VAZ 2199” markalı avtomobilə atəş açıblar, nəticədə 2 polis həlak olub, daha 2 nəfər isə yaralanıb.       

 

Məlumata görə, hadisədən dərhal sonra həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hücum edən şəxslərin avtomobili müəyyən edilərək saxlanılıb. Atışma zamanı 3 cinayətkardan biri öldürülüb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR