AZƏRTAC-ın fotomüxbiri qızıl medal qazandı

AZƏRTAC-ın fotomüxbiri qızıl medal qazandı
20:22 16 Mart 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov İrlandiyada keçirilən “DOGENAL 2015” I Beynəlxalq fotoqrafiya salonunun (1st International Salon of Photography “DONEGAL 2015”) qızıl medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, fotosalon Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) tələblərinə uyğun şəkildə və onun himayəsi ilə keçirilib. Fotomüsabiqəyə dünyanın müxtəlif ölkələrindən 215 fotoqrafın işi təqdim olunub. İran, Avstriya və Macarıstandan olan peşəkar fotoqraf və fotoredaktorlardan ibarət münsiflər heyəti çoxsaylı işlər arasından fotosalonun final mərhələsi üçün 27 ölkədən 69 fotoqrafın 105 işini seçib. İ.Cəfərovun “Təmizlik işləri” (“Cleaning”) fotoşəkli fotosalonun qızıl medalına layiq görülüb. Fotoşəkil 2012-ci ilin martında “Fairmont Baku” otelinin ərazisində çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/330003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR