x
Loading...
.

Bakının “Labdisc” avadanlığı ilə təmin olunan iki məktəbinə mediatur təşkil edilib

20:28 16 Mart 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 16 mart, AZƏRTAC
Təhsil Nazirliyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, martın 16-da “Labdisc” avadanlığı ilə təmin olunan Nərimanov və Xətai rayonlarındakı 193 və 24 nömrəli məktəblərə mediatur təşkil edilib.
Media nümayəndələri yeni avadanlıqlardan istifadə olunmaqla keçirilən, fizika və kimya fənləri üzrə “açıq dərs”lərdə iştirak ediblər.
Mediatur çərçivəsində mətbuat nümayəndələrinə izah olunub ki, “Labdisc” məlumat-qeydiyyat qurğusu 15 ədəd daxilə quraşdırılan simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir. Qurğu simsiz kommunikasiya vasitəsilə məktəbin bütün əsas texnologiya və avadanlığı ilə tam inteqrasiya olunur. Kompyuter, netbuk, interaktiv lövhə və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək fəallığı təmin edir. Bu isə dərs zamanı müəllim ilə şagird arasında əməkdaşlığa, interaktiv tədrisə imkan yaradır, eyni zamanda, texnoloji xərclərə qənaət edir.
Cihaz və proqram təminatından ibarət olan qurğu Azərbaycan dilini dəstəkləyir və “Windows” ilə Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kimya və biologiya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb.
Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıqlar alınıb. Təhsil Nazirliyi artıq 50-dək ümumi təhsil müəssisəsinin yeni avadanlıqla təmin edilməsi prosesinə başlayıb.
Avadanlıqların köməyi ilə şagirdlər mürəkkəb sınaq işlər aparmaq, prosesi interaktiv lövhədə izləmək imkanı əldə edirlər. Eyni zamanda, bu avadanlıqların mobil xüsusiyyətə malik olması onların istənilən məkanda istifadəsinə şərait yaradır.
Məktəblərin yeni avadanlıqlarla təminatı ilə yanaşı, onların tədrisi ilə məşğul olan müəllimlər üçün də təlimlər keçirilib. “Edumedia-Azərbaycan” şirkəti Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 25 müəllim üçün təlimlər təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Labdisc_avadanligi_ile_temin_olunan_iki_mektebine_mediatur_teskil_edilib-839793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR