Uduzan çempion kofe içərək qalib gəldi (FOTO, VİDEO)

Uduzan çempion kofe içərək qalib gəldi (FOTO, VİDEO)
04:06 7 Yanvar 2015
258 İdman
Ölkə mətbuatı
A- A+

Avstraliyada keçirilən tennis üzrə “Hopman” kubokunun “A” qrupu qarşılaşmasında qəribə bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, ilk setdə rəqibinə məğlub olan dünya tennis çempionu Serena Uilyams fasilə zamanı kofe içmək istədiyini deyib.

27-ci “Hopman” kubokunda ABŞ ilə İtaliya təmsilçiləri yarışıb. Qadınlar üzrə ilk qarşılaşma Serena Uilyams ilə Flavia Pennatta arasında baş tutub. İlk setdə rəqibinə 6-0 məğlub olan Uliyamsın hakimdən maraqlı xahişi olub. Avstraliyaya gəldiyi üçün yorğun olduğunu deyən Serena Uilyams kofe içmək istədiyini deyib. Uzun müddət təyyarə ilə yol gəldiyi üçün yorğun olan tennisçinin bu istəyi müzakirələrdən sonra qəbul olunub.

“Yorğun idim və hərəkət edə bilmək üçün kofe içməyə ehtiyacım vardı. Hakimdən bunun üçün izn istədim. Daha əvvəl də başıma gəlmişdi. Leqaldırmı bilmirəm. Kofe içərək özümə gəldim” – deyə Serena Uilyams bildirib.

İlk stdə 6-0 məğlub olan Uilyams növbəti setlərdə rəqibini 6-3 və 6-0 udaraq meydançadan qalib ayrılıb.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR