x
Loading...
.

Çörək və şirniyyat sexlərində pozuntular aşkar edildi

Çörək və şirniyyat sexlərində pozuntular aşkar edildi
21:24 16 Mart 2015
147 Sosial
Ölkə mətbuatı
A- A+
.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  Zaqatalada çörək, Balakəndə isə  şirniyyat sexində yoxlamalar aparıb. 

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin Şəki ərazi idarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki ərazi  idarənin əməkdaşları dövlət nəzarət planına uyğun olaraq  Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində,  Balakən rayonunda isə fiziki şəxs Tamara Muqumayevaya  məxsus şirniyyat  sexində yoxlamalar aparıb.

 

Aparılan yoxlamalar zamanı hər iki sexdə gigiyenik və uyğunluq sertifikatlarının olmamaması ilə yanaşı fəaliyyət göstərən sexlərdə eyni zamanda  istehsal olunan məhsulların dövri sınaqlar üçün təqdim olunmaması, ölçü vasitələri müqayisəli yoxlamadan keçirilmədən istifadə olunması məhsul üçün texnoloji təlimat və resepturanın, o cümlədən hazır məhsulun saxlanması üçün ayrıca bölmələrin olmaması, markalanma, saxlanma və daşınma qaydalarının pozulması halları qeydə alınıb. Aşkarlanmış pozuntularla bağlı sex sahiblərinə nöqsanların aradan qaldırılması barədə şifahi xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR