Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub
17:47 14 Fevral 2017
205 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının təmsilçisi Uilyam Samnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə tərəflər hərbi tibb sahəsində indiyədək icra olunan layihələri, eləcə də kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, təhlükəli maddələrlə bağlı insidentlərə cavab tədbirləri və təbii fəlakətlərə hazırlıq üzrə mövcud proqramları müzakirə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/tibb-bas-i-daresinde-abs-numayende-heyeti-ile-gorus-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR