Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında Azərbaycan birinci yerdədir

Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında Azərbaycan birinci yerdədir
21:33 16 Mart 2015
Ölkə mətbuatı
A- A+


Tbilisi, 16 mart, AZƏRTAC
İlkin hesablamalara görə, 2014-cü ilin IV rübündə Gürcüstan iqtisadiyyatına 349 milyon ABŞ dolları həcmində sərmayə qoyulub. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 61 faiz çoxdur. Bu barədə Gürcüstan Milli Statistika Xidməti (Qruzstat) məlumat yayıb.
Məlumatda deyilir ki, ötən ilin IV rübündə Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında Azərbaycan birinci yerdədir. Hesabat dövründə azərbaycanlı investorlar bu ölkənin iqtisadiyyatına 84 milyon dollar sərmayə qoyublar. Bu da ümumi xarici sərmayələrin 24 faizini təşkil edir.
“Qruzstat”ın məlumatına görə, siyahıda ikinci yerdə 67 milyon dollarla (19 Faiz) Niderlanddır. Böyük Britaniya isə 66 milyon dollarla üçüncü yerdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_iqtisadiyyatina_sermaye_qoyan_olkeler_sirasinda_Azerbaycan_birinci_yerdedir-839812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR