Ağ Ev: Rusiya Ukraynaya dair öhdəliklərini yerinə yetirmir

04:17 7 Yanvar 2015
142 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 03:46 ]

Bakı-APA. Rusiya Ukraynada münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti administrasiyasının nümayəndəsi Coş Ernest bildirib.

 

“Rusiya öz öhdəliklərini yerinə yetirməkdən imtina etdikcə Kremlin yeni sanksiyalarla üzləşmə riski də artacaq”, deyə Ernest qeyd edib.    

 

Ağ Ev nümayəndəsinin sözlərinə görə, öhdəliklər dedikdə, o, separatçılara hərbi dəstəyə son qoyulmasını nəzərdə tutur.   

 

Ernest vurğulayıb ki, Rusiya öhdəlikləri yerinə yetirəcəyi təqdirdə prezident Obama Moskvaya qarşı sanksiya rejimini aradan qaldıracaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR