Qardaş aktrisa bacısının başını kəsdi (FOTO)

Qardaş aktrisa bacısının başını kəsdi (FOTO)
04:56 7 Yanvar 2015
205 Dünya
Ölkə mətbuatı
A- A+

Danimarkada ailəsi ilə yaşayan suriyalı televiziya ulduzu Şinda Xəlil İŞİD-ə qoşulmaq istəyən qardaşı tərəfindən öldürülüb.

ANS PRESS-in məlumatına görə, təxminən 3 ildir Danimarkanın Horsens şəhərində ailəsi ilə birlikdə yaşayan 28 yaşlı suriyalı aktrisa Şinda Xəlil İŞİD terror qruplaşmasına qoşulmaq istəyən qardaşına pul vermədiyi üçün qətlə yetirilib. Qoxunc hadisə böyük səs-küy yaradıb.

Cinayət hadisəsi Danimarka və ərəb qəzetlərində əsas xəbərlərdən olub. Xəbərlərdə bildirlir ki, aktrisanın qardaşı ondan 100 avro pul istəyib.
Niyyətinin yaxşı olmadığını bilən bacı qardaşına pul verməktən imtina edib. Onun bu addımı həyatı bahasına başa gəlib. Belə ki, qəzəblənən qardaş bacısının bədəninin müxtəlif nayihələrinə bıçaq zərbələri endirib, daha sonra isə boğazını kəsərək öldürüb.

Qeyd edək ki, cinayətkarın hadisəni törədərkən içkili olduğu da ehtimallar arasındadır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR