Polis liftdə özünü vurdu (VİDEO)

Polis liftdə özünü vurdu (VİDEO)
05:26 7 Yanvar 2015
182 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) polis nəfəri səhvən özünü vurub.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kentukki ştatında yaşayan polis işçisi Daril Juet restoranlardan birində həyat yoldaşı ilə axşam yeməyindən çıxarkən başına iş gəlib. Hadisə binanın liftində baş verib və anbaan təhlükəsizlik kamerasına yazılıb.

Həyat yoldaşı ilə xoşbəxt bir şəkildə liftə daxil olan Daril Juet əvvəlcə mobil telefonunu cibinə qoyur və daha sonra belindəki silahı çıxarıb qaydaya salmaq istəyərkən səhvən mədəsinə atəş açır.

Polis Juet aldığı yaradan dərhal yerə çökür. Həyat yoldaşı isə əvvəlcə təşvişə düşsə də sonra təcili yardıma məlumat verib.

Hadisə baş verən yerə gələn tibb işçiləri yaralıya ilkin ambulator yardım göstərərək onu xəstəxanaya çatdırıblar. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR