Sərnişin avtobusu dərəyə düşdü, 12 ölü

Sərnişin avtobusu dərəyə düşdü, 12 ölü
02:44 17 Mart 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Boliviyada sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 12 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin cənubundakı Çukisaka departamentində qeydə alınıb.

 

Naməlum səbəbdən içərisində 18 nəfərin olduğu avtobus 150 metr dərinliyi olan dərəyə aşıb.

 

Ölənlər arasında uşaqların da olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR