x
Loading...

​Saakaşvili: Tezliklə müharibə başlayacaq

​Saakaşvili: Tezliklə müharibə başlayacaq
03:32 17 Mart 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+
.

Bakı. 17 mart. REPORT.AZ/ Ukrayna prezidentinin ştatdankənar müşaviri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, onun Amerika siyasətçilərini Ukraynaya silah verməyə inandırmaq cəhdləri artıq öz bəhrəsini verməyə başlayıb, çünki hər iki partiya tərəfindən prezident Barak Obamaya təzyiqlər artmaqdadır.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg"ə istinadən RBC məlumat yayıb.
"Mən inanıram ki, ABŞ silah göndərəcək. Amerika ictimaiyyəti və siyasi elitasının bu məsələdə yekdil olması faktı mənə ümid verir. Konqres və Senatda demək olar ki, hamı bu ideyanı dəstəkləyir, bunu Pentaqon və kəşfiyyat idarələri də istəyirlər", - deyə Saakaşvili qeyd edib.
Onun fikrincə, tezliklə müharibə başlamalıdır, ona görə silah göndərməklə bağlı tələsmək lazımdır.
"Tezliklə Rusiya Ukraynanın cənubuna zərbə endirəcək və silah təcili lazımdır, çünki ortalıqda heç bir sülh müqaviləsi yoxdur", - deyə o bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/saakasvili-tezlikle-muharibe-baslayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR