​Ermənistanın Qarabağda qadın və uşaqları aparan İran təyyarəsini vurmasından 21 il ötür

​Ermənistanın Qarabağda qadın və uşaqları aparan İran təyyarəsini vurmasından 21 il ötür
06:47 17 Mart 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 mart. REPORT.AZ/ 1994-cü ilin 17 mart tarixində Azərbaycanın Xankəndi şəhəri yaxınlığındakı hava məkanı üzərində İran diplomatlarının ailə üzvlərini Moskvadan Tehrana aparan "C-130 Hercules" tipli hərbi nəqliyyat təyyarəsi Ermənistan silahlı qüvvələri tərəfindən vurulub.
"Report" xəbər verir ki, hadisə nəticəsində təyyarənin göyərtəsində hamısı qadın və uşaq olmaqla 19 sərnişin və 13 heyət üzvü faciəvi şəkildə həlak olub.
Moskvadakı səfirlik əməkdaşlarının ailə üzvləri Tehrana Novruz bayramını qeyd etmək üçün yola düşmüşdülər.
Heyət üzvləri təyyarənin kursdan yayınaraq Dağlıq Qarabağ üzərindəki hava məkanına daxil olmazdan əvvəl texniki nasazlığın olması barədə məlumt ötürüb. Bir qədər sonra təyyarə vurulub.
İran faciəni aydınlaşdırmaq üçün xüsusi komissiya yaradıb. Komissiya rəhbəri Abdat Aminian Ermənistan vitse-prezidenti Qaqik Arutyunyanın təyyarənin idarəetməni itirərək yerə çırpılması ilə bağlı versiyasını təkzib edib.
Aminian bildirib ki, təyyarə erməni silahlı qruplaşmaları tərəfindən iki raket ilə vurulub və o bildirib ki, erməni tərəfi məsuliyyəti öz üzərinə götürməyib, lakin İran təyyarəsini Azərbaycanınkı bilərək vurduqlarını etiraaf edib. Aminianın sözlərinə görə, onlar hətta onun hansı dövlətə məxsus olmasını dəqiqləşdirmək üçün heyət üzvləri ilə əlaqə saxlamağa belə cəhd etməyiblər.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanin-qarabagda-qadin-ve-usaqlari-aparan-i-ran-teyyaresini-vurmasindan-21-il-otur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR