Terrorçulara ağır zərbə

Terrorçulara ağır zərbə
06:36 7 Yanvar 2015
178 Dünya
Ölkə mətbuatı
A- A+

Putlend yarım-muxtar regionunda Somali təhlükəsizlik xidmətləri həftə ərzində Əş-Şabab terror qruplaşmasına aid 54-terrorçunu məhv edib, 46 nəfəri isə yaralayıb.
ANS PRESS-in məlumatına görə, Puntlend rəhbəri Abdivali Muhəmməd Əli xəbər verib ki, insident zamanı ordu tərəfdən 5 əsgər ölüb, 4 nəfər isə yaralanıb.

“Təhlükəsizlik qüvvələrimiz Əş-Şəbab terror qruplaşmasının Qalqala dağlarında qalan üzvlərinə qarşı ardıcıl əməliyyatlar keçiriblər”- deyə o bildirib. Bundan əlavə qruplaşmanın bölgə komandirləri Çuxtar Abdinur Əhməd və Əhməd Abdi Muhamməd əsir götürülüb.

Qeyd edək ki, son günlərdə Əş-Şəbab bir neçə başçısını itirib. Yeni il ərəfəsində Amerika pilotsuzunun zərbələri nəticəsində qruplaşmanın kəşfiyyat rəhbəri də olmaqla 3 komandir məhv edilib. Eləcə də 2014-cü ilin dekabrında Kemiya sərhəddində ABŞ-ın başına 3 milyon dollar qoyduğu Zəkəriyyə İsmail Əhməd Hersi Somali təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Əş-Şəbaba ən sarsıdıcı zərbə isə 2014-cü ilin sentyabrında baş verib. Bu zaman qruplaşmada “1 nömrəli insan” olan Əhməd Qodane amerika aviazərbələri nəticəsində məhv edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR