Qar uçuşları dayandırdı

Qar uçuşları dayandırdı
06:41 7 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə Hava Yolları” (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün planlaşdırılan bəzi daxili və xarici aviareysləri təxirə salıb.

ANS PRESS-in məlumatına görə, bu barədə çərşəbə axşamı THY-nin internet saytında xəbər verilib.

THY-nin internet vasitəsilə verdiyi açılamada, bəzi qarşılıqlı səfərlərin hava şərtləri səbəbilə ixtisara salındığı bildirilir.

Açıqlamaya əsasən, daxili aviareyslərdə Atatürk və Sabiha Gökçən havalimanlarından Ankara, Konya, Kayseri, Qaziantəp, Adana, Dənizli, Elazığ, Antalya, İzmir və Adanaya nəzərdə tutulan uçuşlar təxirə salınıb.
Xarici aviareyslərdə isə Atatürk hava limanından Tiflis, Budapeşt, Kişinyov, Cenevrə və Təl-Əvivə olan uçuşlar müvəqqəti dayandırılıb.

Xatırladaq ki, THY əlverişsiz hava şəraiti ilə əlaqədar ötən gün də bir sıra uçuşlarını təxirə salmış və bu barədə açıqlama yaymışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR