Qazaxıstanın Azərbaycana yeni səfiri təyin olundu

08:36 17 Mart 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezident Nursultan Nazarbayev ölkəsinin Azərbaycan Respublikasına yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib.

ANS PRESS-in Dövlət başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Beybit İsabayevdir.

Beybit İsabayev 1962-ci ildə Qazaxıstanın Alma Ata şəhərində dünyaya gəlib. 1985-ci ildə Qazaxıstan Dövlət Universitetini bitirib.

İsabayev bundan əvvəl Qazaxıstanın Pakistan İslam respublikası, Türkiyə Cümhuriyyəti, Albaniya və Qırğızıstan Respublikasındakı səfiri vəzifələrində işləyib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=332288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR