Dəmirəl Ərdoğana dua etdi (FOTO)

Dəmirəl Ərdoğana dua etdi (FOTO)
07:11 7 Yanvar 2015
187 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətində problem yaranan 9-cu prezident Süleyman Dəmirəli ziyarət edib. ANS PRESS-in məlumatına görə, Ərdoğan həmçinin ötən ay vəfat edən qardaşı Hacı Əli Dəmirələ görə sabiq həmkarına başsağlığı verib.

Bu barədə məlumat və ziyarəti əks etdirən foto ilə video prezident adiminstrasiyasının rəsmi internet saytında yayılıb.

Ziyarət başa çatarkən Dəmirəl, ilk dəfə xalq tərəfindən seçilən prezident olduğu, ölkə və dünya gündəmini ən yaxşı şəkildə təqib etdiyi və problemlərin həlli yolunu tapmaq üçün çalışdığını deyərək prezident Ərdoğana, “Allah yardımçınız olsun” – deyərək dua edib.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR