“NASA” astronavtları əlavə reallıq eynəyindən istifadə edəcək

“NASA” astronavtları əlavə reallıq eynəyindən istifadə edəcək
10:06 17 Mart 2015
Ölkə mətbuatı
A- A+

ABŞ Kosmik Agentliyi (NASA) tərəfdaş şirkətlə əlavə reallıq eynəyi hazırlayır. Agentlik ərsəyə gətiriləcək qurğunu astronavtlara Beynəlxalq Kosmik Stansiyada istifadəni, eləcə də gələcək skafandrların konstruksiyasında tətbiqini təklif etməyi düşünür.
 
Layihədə “NASA”-nın tərəfdaşı qismində San-Fransiskonun "Osterhout Design Group” şirkəti çıxış edir. Yeni eynək astronavtlara avadanlığın təmirində kömək edəcək, videokonfranslarda iştiraka imkan verəcək, Yerdə təlim vaxtını qısaldacaq və əli kağız və elektron formatlarda olan təlimatları vərəqləməkdən azad edəcək ki, bu da fövqəladə halların yaranması zamanı böyük əhəmiyyət kəsb edir. 
 
“NASA” şirkətlərin müsabiqəsini elan edərək astronavtlar üçün xüsusi eynəklərin hazırlanmasını təklif edən layihələri nəzərdən keçirib.
 
Qalib olan “Osterhout Design Group” son altı ildə ABŞ hökumətinin və dövlət orqanlarının sifarişi ilə eynəklərin hazırlanması ilə məşğuldur. Şirkət həmçinin sənaye sifarişçiləri üçün “R-6S” “ağıllı” eynəyini hazırlaması ilə məşhurdur. Eynək 2,7 QHs takt tezliyində işləyən dördnüvəli “Qualcomm Snapdragon 805” prosessorunun bazasında işləyir, eləcə də 3 giqabaytlıq operativ və 64 giqabayt tutumlu daxili yaddaşa malikdir.
 
Qurğu avtomatik fokuslama və videonu “HD” təsvir ölçüsündə çəkən kamera ilə təchiz edilib, “Bluetooth 4.0” və “Wireless Fidelity 802.ac” standartlarında məlumatların ötürülməsini dəstəkləyir, akselerometr, hiroskop və maqnitometrə malikdir. “R-6S” "Android 4.4” (Kit Kat) əməliyyat sisteminin idarəetməsi və 1300 milliamper/saat tutumlu litium-ion batareyası ilə işləyir.
 
“NASA” üçün yeni eynək daha mükəmməl texniki xüsusiyyətlərə malik olacaq və kosmosda istifadəyə uyğunlaşdırılacaq. Eynəyin istehsal müddəti barədə məlumat verilmir, - "Lenta” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35828-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR